"Zirə" "Qəbələ"yə qarşı, "Sabah"dan qələbə
- YENİLƏNİR
Misli Premyer Liqasında 30-cu turun oyunları davam edir.
Sportliqa.az xəbər verir ki, bu günə nəzərdə tutulan 2 matçdan biri artıq başa çatıb.
Ötən tur çempionluğunu rəsmiləşdirən "Sabah" səfərdə "Şamaxı" ilə qarşılaşıb. Matç "Sabah"ın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bu komandaların ilk dövrədəki oyununda "Sabah" 2:1 hesabı ilə qalib gəlib, ikinci dövrədəki görüşdə isə qolsuz heç-heçə qeydə alınıb.
Günün ikinci matçında "Zirə" "Qəbələ"ni qəbul edir. Qələbə "Neftçi" ilə 4-cü yer uğrunda mübarizə aparan "Zirə"yə də, Premyer Liqada qalmağa çalışan "Qəbələ"yə də vacibdir.
Komandaların ilk dövrədəki oyununda "Zirə" (1:0), ikinci dövərəki görüşdə isə "Şamaxı" (2:1) qalib gəlib.
3 may (bazar)
18:30. “Zirə” - “Qəbələ” - 0:0 (Birinci hissə)
Zirə İdman Kompleksi
16:00. “Şamaxı” - “Sabah” - 0:3
Qollar: Stiv Solvet, 37, Coy Lens Mikels, 77, Umarali Raxmonaliyev, 90-pen.
Şamaxı şəhər stadionu