Azərbaycanın cüdo yığması Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirini 3 bürünc medalla başa vurub.
Sportliqa.az xəbər verir ki, yarışıb son günündə təmsilçilərimizdən Camal Qamzatxanov (+ 100 kq) və Uşaqni Kokauri (+100 kq) bürünc medal qazanıblar.
Bununla da yığma turniri 3 bürünc medalla başa vurub. Daha əvvəl təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxmışdı.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az