PSJ "Bayern" səddini aşdı, finala adladı
UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşib.
Sportliqa.az xəbər verir ki, yarımfinalın növbəti cavab matçında “Bayern" PSJ-ni qəbul edib.
“Allyans Arena”da keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Qonaqların heyətində 3-cü dəqiqədə Osman Dembele fərqlənib. 90+4-cü dəqiqədə isə Harri Keyn hesabı bərabərləşdirib. Matç bu hesabla da başa çatıb.
Hər iki oyunun nəticəsində görə (ilk matç 5:4) rəqibini üstələyən PSJ finalda "Arsenal"a rəqib olub.