16 yaşadək qızlardan ibarət Azərbaycan milli komandası Bakıda təşkil olunan UEFA İnkişaf Turnirində bu gün ilk oyununa çıxacaq.
Sportliqa.az xəbər verir ki, milli komanda Litvanın müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşacaq.
Binə stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 17:00-da başlanacaq. Qarşılaşma FIFA+ TV tərəfindən canlı yayımlanacaq.
Qeyd edək ki, Azərbaycan millisi turnir çərçivəsində mayın 8-də Rumıniya, 11-də isə Gürcüstanla qarşılaşacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az