"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara mövsümü erkən başa vurub.
Sportliqa.az xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.
Braziliyalı futbolçunun ayağında zədə aşkarlanıb. 26 yaşlı futbolçu Superliqanın son iki vacib oyununda meydana çıxa bilməyəcək.
Qeyd edək ki, Qabriel Sara bu mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə 42 oyunda 6 qol vurub, 5 qol ötürməsi edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az