Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də ilk günü medalsız bitirib
Azərbaycan cüdoçuları Qazaxıstanın paytaxtı Astanada keçirilən “Böyük Dəbilqə” turnirində ilk günü medalsız başa vurublar.
Sportliqa.az xəbər verir ki, son olaraq Şəfəq Həmidova (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) üçüncü yer uğrunda görüşdə məğlub olublar.
Həmidova Kristina Dudinaya (Rusiya), Məmmədəliyeva isə Nandin-Erdene Myaqmarsurenə (Monqolustan) uduzub.
“Böyük Dəbilqə” turniri mayın 10-da başa çatacaq.