Qazaxıstanın paytaxtı Astana şəhərində cüdo üzrə "Böyük Dəbilqə" turniri davam edir.
Sportliqa.az xəbər verir ki, Azərbaycanın iki cüdoçusu bu gün mübarizəyə qoşulacaq.
Rəşid Məmmədəliyev (73 kq) 1/8 finalda Yersultan Duysenxan (Qazaxıstan) / Arun Kumar (Hindistan) cütünün qalibi ilə üz-üzə gələcək.
Eyni mərhələdə Südabə Ağayeva (70 kq) isə almaniyalı Miriam Butkereytlə qarşılaşacaq.
Xatırladaq ki, "Böyük Dəbilqə" mayın 10-da başa çatacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az