Qadın voleybolçulardan ibarət Azərbaycan milliisi Avropa Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, yığmamız bu səbəbdən Macarıstana yola düşüb.
Millimiz mayın 12-dən 16-dək Macarıstanda təlim-məşq toplanışında iştirak edəcək. Daha sonra komandamız hazırlıqlarını Sloveniyada davam etdirəcək.
Bu ölkədə təşkil olunacaq təlim-məşq toplanışı mayın 29-dək davam edəcək.
Hazırlıq proqramı çərçivəsində milli komandamızın bir sıra yoxlama oyunları keçirməsi də planlaşdırılır. Təlim-məşq toplanışlarına 14 voleybolçu cəlb olunub.
Yığmamız Avropa Liqasındakı ilk oyunlarını Bakıda keçirəcək. İyunun 5-7-də baş tutacaq qarşılaşmalarda millimizin rəqibləri İsveç və Estoniya yığmaları olacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az