Bu gün 2025/26 mövsümü futbol üzrə Bizon Azərbaycan Kubokunun final oyunu keçiriləcək.
Sportliqa.az xəbər verir ki, həlledici matçda artıq Azərbaycan çempionu adını təmin edən “Sabah”la “Zirə” üz-üzə gələcək. Matçı FİFA referisi Elçin Məsiyev idarə edəcək.
“Sabah” kubokun son qalibidir, “Zirə” isə bunadək 2 dəfə finala vəsiqə əldə etsə də, kuboku qazana bilməyib.
Azərbaycan kubokunun budəfəki final matçı Bakıda “Palms Sports Arena”da keçiriləcək.
13 may (çərşənbə)
20:00. “Sabah” - “Zirə”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
“Palms Sports Arena”
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az