DÇ-2024-ün elit mərhələsində Qazaxıstanla üz-üzə gələcək futzal üzrə Azərbaycan millisinin heyətində dəyişiklik edilib.
Sportliqa.az xəbər verir ki, Bakıdakı matçda (2:4) sarı vərəqə alaraq cəzalı duruma düşən Felipinyo səfərə aparılacaq heyətdən kənarlaşdırılıb.
Onun əvəzinə “Neftçi” İK-nın üzvü Əmir Şocayi komandaya dəvət olunub.
Qeyd edək ki, oktyabrın 11-də Astanada reallaşacaq Qazaxıstan - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.