"Beşiktaş" klubunun baş məşqçisi Sergen Yalçın vəzifəsindən ayrılıb.
Sportliqa.az xəbər verir ki, bu haqda "TRT Spor" məlumat yayıb.
53 yaşlı mütəxəssis klub prezidenti Serdar Adalı ilə görüşüb. Bildirilib ki, həmin görüşdən sonra S.Yalçın klubdan ayrılmaq qərarına gəlib.
O, 2025-ci ilin avqust ayından bu vəzifəni yerinə yetirirdi. İstanbul təmsilçisi cari mövsüm S.Yalçının rəhbərliyi altında Superliqanı 60 xalla 4-cü pillədə başa vurub. Mütəxəssis həmçinin 2020-21-ci illərdə də "Beşiktaş"ı çalışdırıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az