“Barselona” klubu La Liqada tarixi rekorda imza atıb.
Sportliqa.az xəbər verir ki, “Opta”nın məlumatına görə, Kataloniya klubu 37-ci turda “Real Betis”i 3:1 hesabı ilə məğlub edərək unikal göstəriciyə nail olub.
Belə ki, Hansi Flikin komandası 38 oyunluq mövsüm formatında La Liqa tarixində evdə keçirdiyi 19 matçın hamısında qalib gələn ilk komanda olub. Əvvəlki rekord 1985/1986 mövsümündə 17 ev qələbəsi ilə “Real”a məxsus idi.
Qeyd edək ki, “Barselona” mövsümdə 37 oyundan sonra 31 qələbə, 1 heç-heçə və 5 məğlubiyyətlə çempionluğu rəsmiləşdirib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az