“Şamaxı”nın futbolçusu əməliyyat olunub
“Şamaxı” klubunun futbolçusu David Santos Portuqaliyada ön çarpaz bağın rekonstruksiyası əməliyyatı keçirib.
Sportliqa.az xəbər verir ki, braziliyalı müdafiəçinin əməliyyatı uğurla başa çatıb.
Xatırladaq ki, David Santos “Sabah”a uduzduqları Premyer Liqanın 30-cu turunun oyununda (0:3) zədələnmişdi.