Yeniyetmə cüdoçulardan ibarət milli komandamız Polşanın Bielsko-Biala şəhərində beynəlxalq təlim-məşq toplanışında iştirak edib.
Sportliqa.az xəbər verir ki, idmançılarımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov və məşqçi Əmrah Əhmədov rəhbərlik edib.
Təlim-məşq toplanışı yeniyetmələr arasında Avropa çempionatına hazırlıq xarakteri daşıyıb. Qitə birinciliyi 29 iyun - 2 iyul tarixlərində İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçiriləcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az