“Vilyarreal” klubu futbolçusu Alfonso Pedraza ilə yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, tərəflər arasında başa çatan müqavilə yenilənməyəcək.
Pedraza “Vilyarreal”ın yetirməsidir. O, 2015-ci ildən əsas komandada çıxış edib. Müdafiəçi bu müddətdə icarə əsasında “Luqo”, “Lids Yunayted”, “Deportivo” və “Betis”də də oynayıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az