"Barselona" İspaniya La Liqasının 9-cu turunda səfərdə "Qranada" ilə 2:2 hesablı heç-heçə edib.
Sportliqa.az xəbər verir ki, bu qarşılaşma Kataloniya təmsilçisinin yarımmüdafiəçisi Lamine Yamal üçün əlamətdar olub.
Komandasının ilk qolunu vuran gənc futbolçu ölkə çempionatında yeni rekorda imza atıb. Yamal La Liqada fərqlənmiş ən gənc oyunçu ünvanını ələ keçirib.
İspaniya millisinin üzvü 16 yaş 87 günlüyündə bu uğura nail olub. Əvvəlki rekord 16 yaş 90 günlüyündə qol vurmuş "Malaqa"nın futbolçusu Fabris Olinqaya aid idi.
Qeyd edək ki, Lamine Yamal "Barselona"nın yetirməsidir. O, cari mövsümdə komandanın heyətində meydana çıxdığı 11 rəsmi matçda 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.