"Mançester Yunayted"in kapitanı Bruno Fernandeş İngiltərə Premyer Liqasında mövsümün ən yaxşı futbolçusu seçilib.
Sportliqa.az xəbər verir ki, portuqaliyalı yarımmüdafiəçi bu mövsüm çempionatda 8 qol və 28 məhsuldar ötürmə ilə yadda qalıb. Mövsüm ərzində rəqib qapıları qarşısında 132 qol epizodu yaradan futbolçu bu göstəricidə də liqanın ən yaxşısı olub.
Bruno rəsmi səsvermədə David Rayya, Deklan Rays, Erlinq Haaland və Morqan Gibbs-Uayt kimi futbolçuları qabaqlayıb.
Qeyd edək ki, Fernandeş Premyer Liqa tarixində bu mükafatı qazanan 7-ci “Mançester Yunayted” futbolçusu olub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az