Cəlal Hüseynov oynadı, komandası mövsümün son matçında qələbə qazandı
Bolqarıstan çempionatında 36-cı turun oyunları keçirilir.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” son turda “Çerno More”nin qonağı olub.
Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Hüseynov matça start heyətində çıxıb və 63-cü dəqiqədə əvəzlənib.
Bu nəticədən sonra “Arda” mövsümü 54 xalla 6-cı pillədə başa vurub.