İngiltərə millisinin sabiq futbolçusu Rahim Sterlinq polis tərəfindən saxlanılıb.
Sportliqa.az xəbər verir ki, “Feyenoord”un yarımmüdafiəçisi narkotik vasitənin təsiri altında avtomobil idarə etməkdə şübhəli bilinib.
Futbolçu Hempşirdəki magistral yolda saxlanılıb. Sterlinq özünün “Lamborghini” markalı avtomobili ilə maneəyə çırpılıb. Oyunçu narkotik maddə qəbul etməkdə və saxlamaqda şübhəli bilinir. Amma o, tibbi müayinədən keçməkdən imtina edib.
Sterlinq daha sonra girov müqabilində sərbəst buraxılıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az