"Bayern"in yarımmüdafiəçisi Maykl Olise Bundesliqa futbolçuları arasında keçirilən anonim səsvermədə mövsümün ən yaxşı oyunçusu seçilib.
Sportliqa.az xəbər verir ki, 199 oyunçunun iştirak etdiyi səsvermədə "Bavariya"nın futbolçusu səslərin 40,7 faizini (81 səs) toplayaraq rəqiblərini böyük fərqlə qabaqlayıb. Siyahıda ikinci yeri "Leyptsiq"in üzvü Yan Diomande (15,1%), üçüncü yeri isə "Hamburq"dan Luka Vuşkoviç (11,1%) tutub.
Məlumata görə, çempionatın ən yaxşı bombardiri Harri Keyn 10,1 faiz səslə yalnız dördüncü ola bilib. Beşinci pillədə isə Luis Dias (4,5%) qərarlaşıb. Bununla da sorğunun ilk beşliyində "Bavariya"nın üç futbolçusu yer alıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az