UEFA-nın yenilənmiş klub reytinqində birinci pilləyə yüksəlib.
Sportliqa.az xəbər verir ki, siyahıda ikinci yerdə Madrid "Real", üçüncü pillədə isə PSJ qərarlaşıb.
Məlumata görə, bu reytinq klubların 2021/2022-ci illər mövsümündən etibarən Avropa turnirlərində göstərdiyi nəticələrə əsaslanır. Son beş mövsümün hər birində Çempionlar Liqasının 1/4 finalına, eləcə də iki dəfə yarımfinal mərhələsinə yüksələn "Bavariya" məhz bu sabit və uğurlu seriya sayəsində siyahıya başçılıq etməyi bacarıb.
Geridə qalan 2025/2026-cı illər mövsümündə ən çox xal toplayan Londonun "Arsenal" klubu siyahıda 7-ci pillədə qərarlaşıb. Reytinqdə ən diqqətçəkən sıçrayışı isə İngiltərənin digər təmsilçisi "Aston Villa" edib. Birminqem klubu birdən-birə 29 pillə irəliləyərək 17-ci yerdə mövqe tutub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az