“Qarabağ” klubunun yarımmüdafiəçisi Marko Yankoviçin də formasını geydiyi Monteneqro millisi növbəti yoxlama oyununu keçirib.
Sportliqa.az xəbər verir ki, komanda səfərdə Slovakiya ilə üz-üzə gəlib.
Görüş heç-heçə yekunlaşıb – 2:2.
Yankoviç də bu görüşün iştirakçısı olub. Görüşə start heyətində başlayan Marko 69-cu dəqiqədə, hesab 2:1 Monteneqronun xeyrinə olarkən əvəzlənib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az