Aziz Yıldırım yenidən "Fənərbağça"nın prezidenti seçildi
“Fənərbağça” klubunda növbədənkənar prezident seçkiləri keçirilib.
Sportliqa.az xəbər verir ki, İstanbul təmsilçisinin yeni rəhbəri klubun sabiq prezidenti Aziz Yıldırım seçilib.
O, digər namizəd Hakan Safini mübarizədə üstələyib. A. Yıldırım rəqibini aşkar üstünlüklə geridə qoyaraq yenidən “Fənərbaxça”nın prezidenti seçilib. O, növbəti 1 il ərzində “sarı-lacivərdlilər”ə rəhbərlik edəcək.