Portuqaliyanın Montemor-u-Velyu şəhərində keçirilən kayak və kanoe üzrə Avropa çempionatında Azərbaycan təmsilçisi Boqdan Kurudz növbəti qızıl medalını qazanıb.
Bu barədə Sportliqa.az-a Azərbaycan Su İdman Növləri Federasiyasından məlumat verilib.
35–39 yaş kateqoriyasında çıxış edən idmançı birnəfərlik kanoe qayığında 200 metr məsafəyə yarışda bütün rəqiblərini qabaqlayıb.
Bu, Boqdan Kurudzun eyni çempionatda qazandığı ikinci qızıl medaldır. Kanoeçi iki gün əvvəl birnəfərlik kanoe qayığında 500 metr məsafəyə yarışda da Avropa çempionu olmuşdu.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az