Azərbaycanın qadın voleybolçulardan ibarət yığması Avropa Liqasının İspaniyanın Alikante şəhərində təşkil olunan mərhələsində növbəti matçına çıxıb.
Sportliqa.az xəbər verir ki, Faiq Qarayevin baş məşqçi olduğu kollektiv İspaniya yığması ilə üz-üzə gəlib.
Qarşılaşma rəqibin 3:1 (25:19, 22:25, 25:19, 25:23) hesablı qələbəsi ilə başa çatıb.
Xatırladaq ki, komanda ötən gün baş tutan matçda Şimali Makedoniya millisini 3:0 hesabı ilə məğlub edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az