Azərbaycan paraatleti Elvin Astanov Tunis Beynəlxalq Qran-pri turnirində gümüş medal qazanıb.
Sportliqa.az xəbər verir ki, nüvə itələmə yarışında F53 kateqoriyasında mübarizə aparan paralimpiyaçımız 6.81 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Buna qədər Ömər Bozbaxov (F57), Oloxan Musayev (F55) və Rüfət Rəfiyev (F36) öz kateqoriyalarında gümüş medal qazanıblar.
Samir Nəbiyev (F57) isə bürünc medala yiyələnib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az