14 və 17 yaşadək cüdoçular arasında region birincilikləri keçiriləcək
Qusarda 14 və 17 yaşadək cüdoçular arasında Şimal bölgəsi üzrə region birincilikləri keçiriləcək.
Sportliqa.az xəbər verir ki, Qusar Olimpiya İdman Kompleksində keçiriləcək yarışlarda ümumilikdə 172 cüdoçu mübarizə aparacaq.
Turnirlərin keçirilməsində əsas məqsəd yeniyetmə cüdoçular bazasını formalaşdırmaq, kvota əsasında ölkə birinciliyinə vəsiqə qazanacaq idmançıları müəyyənləşdirməkdir.
U-17 kateqoriyası üzrə nəticələr, eyni zamanda, milli komandanın heyətinə seçim üçün vacib reytinq xalları qazandıracaq.