
"İndependiente"nin baş məşqçisi Karlos Teves açıqlama verib. Sportliqa.az xəbər verir ki, 39 yaşlı mütəxəssis komandada 3 futbolçunun toplama-çıxma və yazıb-oxumağı bilmədiklərini bildirib:
"Komandada 3 futbolçu mənə toplama-çıxma, yazıb-oxumağı bilmədiklərini dedilər. Bu, yoxsulluqdur. Bir uşaq dünyaya gətirirsən, onu böyüdürsən... Amma ona təhsil vermirsənsə, bu yoxsulluqdur. Təsəvvür edin bu cür futbolçular hansı müqaviləyə qol çəkdiklərini bilmirlər, şərtləri oxumağı bacarmırlar. Klubla danışdım və onlara müəllim tutduq. Məşqlərdən sonra 2 saat dərs çalışırlar".
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması