
“Qarabağ”ın qapıçısı Andrey Lunyov Rusiya millisinə çağırıla bilər.
Sportliqa.az xəbər verir ki, bu barədə yığmanın qapıçılar üzrə məşqçisi Vitali Kafanov Rusiya Futbol İttifaqının mətbuat xidmətinə müsahibəsində deyib.
Mütəxəssis bildirib ki, 32 yaşlı qolkiperin uğurlu çıxışı onların diqqətini çəkib: “Yığmaya namizədlər arasında “Qarabağ”da çox yaxşı çıxış edən Andrey Lunyov da var. O, Avropa Liqasının qrup mərhələsində meydana çıxdığı ilk iki görüşdə qapısının toxunulmazlığını qorumağı bacardı. Lunyov “Neftçi” ilə çempionat qarşılaşmasını da yüksək səviyyədə keçirdi”.
Qeyd edək ki, yay fasiləsində Almaniyanın “Bayer 04” klubundan ayrılan Andrey Lunyov “Qarabağ”a azad agent kimi keçib.
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı:
saytların hazırlanması