“Gəncə” braziliyalı voleybolçu ilə anlaşıb
Qadın voleybolçulardan ibarət “Gəncə” komandası heyətinə yeni oyunçu cəlb edib.
Bu barədə Sportliqa.az-a bölgə təmsilçisindən məlumat verilib.
Braziliyalı voleybolçu Hellen Luvizetti Lacava ilə müqavilə imzalanıb.
ABŞ, Kosovo və Kanadada legioner həyatı yaşamış oyunçunun son klubu Fransanın “Volleyball Pays Viennois” komandası olub.