Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə gənclər arasında Avropa Kubokunun ilk günü Azərbaycan millisi üçün bir medalla yadda qalıb.
Sportliqa.az xəbər verir ki, Əbil Yusubov (-73 kq) finala gedən yolda keçirdiyi beş görüşün hamısından qalib ayrılıb. Həlledici qarşılaşmada italiyalı Luço Tavolettaya məğlub olan cüdoçumuz yarışı gümüş medalla başa vurub.
Qeyd edək ki, Avropa Kubokunun son yarış günündə millimizin daha 15 üzvü tatamiyə çıxacaq.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az