
Futzal üzrə Qazaxıstan millisinin baş məşqçisi Kaka 2024-cü il dünya çempionatının elit-raund mərhələsinin A qrupunun 4-cü turunda Astanada Azərbaycan millisi üzərində qazandıqları qələbəni (3:2) şərh edib.
Sportliqa.az xəbər verir ki, braziliyalı matçla bağlı bunları deyib:
"Matç çox çətin alındı. Azərbaycanın yaxşı komanda olduğunu yaxşı başa düşürdük. Bu görüşün də ötən həftə Bakıda keçirilən matça (2:4) oxşayacağını fikirləşirdik. Lakin fərqli oldu. Çətin olsa da, futbolçular işinin öhdəsindən gəldi və geridönüş etməyi bacardılar. Onlara afərin. Matçın gedişində komanda toparlanmağı bacardı. Güclü komanda özünü belə anlarda göstərir. Oyunçular bunu başa düşürdülər. Ona görə meydana çıxıb geridönüş etdilər".
©2023 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.