UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Finlandiya təmsilçisi KuPS səfərdə Şimali Makedoniyanın “Vardar” klubu ilə üz-üzə gəlib.
Sportliqa.az xəbər verir ki, Finlandiya komandası 2:0 hesabı ilə qalib gəlib.
Qolları 45-ci dəqiqədə Magassa, 49-cu dəqiqədə isə Arma vurub. “Vardar”ın futbolçusu Bosançiç 75-ci dəqiqədə qırmızı vərəqə alıb.
Beləliklə, KuPS evdəki cavab oyunu öncəsi üstünlük əldə edib. Cavab matçı iyulun 14-də keçiriləcək.
Xatırladaq ki, “Sabah” TNS səddini aşacağı halda, məhz “Vardar” – KuPS cütünün qalibi ilə üz-üzə gələcək.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az