Əlcəzair Futbol Federasiyası (FAF) millinin baş məşqçisi Vladimir Petkoviçlə əməkdaşlığı davam etdirmək qərarına gəlib.
Sportliqa.az xəbər verir ki, "Goal" nəşrinin məlumatına görə, DÇ-2026-da uğursuz çıxışa baxmayaraq federasiya bosniyalı mütəxəssislə müqaviləyə xitam verməkdən imtina edib.
Xatırladaq ki, Əlcəzair millisi dünya çempionatının 1/16 finalında İsveçrəyə 0:2 hesabı ilə uduzaraq mübarizəni erkən dayandırıb. Petkoviç xüsusilə bu görüşdə nominal hücumçu olmadan meydana çıxardığı heyətə görə sərt tənqid olunub.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az