Kabo-Verde yığmasının qapıçısı Vozinya DÇ-2026-dakı uğurlu çıxışı ilə dünya futbolunun ən çox danışılan simalarından birinə çevrilib.
Sportliqa.az xəbər verir ki, hazırda klubsuz olan təcrübəli qolkiper "Şaviş"dən ayrıldıqdan sonra azad agent statusu daşıyır. "Goal" nəşrinin məlumatına görə, futbolçu ilə "İnter Mayami" klubu yaxından maraqlanır. Braziliyanın "Avai" və "Atletiko Qoyanyense" klubları da futbolçunu heyətinə qatmağı hədəfləyir.
Qeyd edək ki, Vozinya xüsusilə İspaniya və Argentina ilə görüşlərdə ümumilikdə 15 seyv etməklə diqqət çəkib. 40 yaşlı qolkiper dünya çempionatında etdiyi həlledici qurtarışlarla komandasının 1/8 finala yüksəlməsində mühüm rol oynayıb. Kabo-Verde İspaniya və Uruqvayla heç-heçə edib, son dünya çempionu Argentinanı isə əlavə vaxta qədər mübarizəyə məcbur edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az