"Barselona" klubu hücumçusu Ferran Torreslə yollarını ayıra bilər.
Sportliqa.az xəbər verir ki, Kataloniya klubu 26 yaşlı futbolçu üçün təxminən 35 milyon avroluq təklifləri dəyərləndirməyə hazırdır. Buna səbəb isə Torresin müqaviləsinin son ilinə qədəm qoymasıdır.
Məlumata görə, ispaniyalı hücumçu ilə İngiltərənin "Tottenhem" və "Aston Villa" klubları maraqlanır. Bundan başqa, Madrid "Atletiko"su da futbolçunun transferi uğrunda mübarizə aparan komandalar sırasındadır.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az