İsveçrə millisinin qapıçısı Yann Sommer karyerasını Belçikada davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, 37 yaşlı qolkiper "Brügge"yə keçib. Bu barədə klubun saytı məlumat yayıb.
"Brügge" Sommerlə 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulan müqavilə imzalayıb. O, yeni klubuna azad agent kimi keçib.