“Beşiktaş” klubu müdafiəçisi Tayyip Talha Sanuçla yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Türkiyəli futbolçu karyerasını Super Liqanın digər təmsilçisi “Rizəspor”da davam etdirəcək. İstanbul klubu yaydığı rəsmi açıqlamada tərəflər arasında transferlə bağlı razılıq əldə olunduğunu bildirib.
Qeyd edək ki, 26 yaşlı müdafiəçi yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az