Rudi Qarsiya Belçika millisinin baş məşqçisi vəzifəsini tərk edib.
Sportliqa.az xəbər verir ki, bu barədə Belçika Futbol Assosiasiyası məlumat yayıb.
Bildirilir ki, tərəflər arasında aparılan müzakirələrdən sonra iyulun sonuna qədər qüvvədə olan müqavilənin uzadılmaması barədə qərar qəbul edilib.
Xatırladaq ki, Rudi Qarsiya 2025-ci ilin fevralında Belçika millisinin baş məşqçisi təyin olunmuş və bu vəzifədə Domeniko Tedeskonu əvəzləmişdi.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az