Yaponiyalı futbolçu Ryonosuke Ohori “Neftçi”dən ayrılıb.
Sportliqa.az xəbər verir ki, ötən mövsümü “Kəpəz”də icarədə keçirmiş 25 yaşlı yarımmüdafiəçinin yeni klubu da məlumdur.
O, karyerasını Serbiyada davam etdirəcək. Ohori bu ölkənin “Radnik” klubuna keçib. Superliqa təmsilçisinin rəsmi saytı futbolçu ilə 3 illik müqavilə bağlandığını açıqlayıb.
Qeyd edək ki, Ohori 2025-ci ilin yanvar ayında “Neftçi”yə transfer edilmişdi.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az