"Mançester Siti" yarımmüdafiəçisi Fil Fodenlə yeni müqavilə imzalayıb.
Sportliqa.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
26 yaşlı futbolçu ilə 2030-cu ilin yayına qədər nəzərdə tutulan 4 illik müqavilə bağlanılıb.
"Mançester Siti" akademiyasının yetirməsi olan Foden əsas komandada 2017-ci ildən çıxış edir. O, klubla birlikdə 20 titul qazanıb. İngiltərəli yarımmüdafiəçi ötən illərdə İngiltərə Premyer Liqasının mövsümün ən yaxşı oyunçusu, PFA və FWA versiyalarına görə ilin futbolçusu seçilib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az