“Qəbələ” hücumçusu Prins Ovusu ilə yollarını ayırıb.
Sportliqa.az xəbər verir ki, əyalət təmsilçisi futbolçunun transferi ilə bağlı Slovakiyanın “Dunayska Streda” klubunun təklifini müsbət cavablandırıb.
Tərəflər qanalı futbolçunun transferi ilə bağlı razılığa gəliblər.
20 yaşlı vinger 2025-ci ilin iyulunda Qananın “Nayan” Akademiyasından “Qəbələ”yə cəlb olunmuşdu. O, “Qəbələ”nin heyətində 34 oyunda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az