İngiltərə millisinin müdafiəçisi Con Stounz karyerasını İtaliyanın “İnter” klubunda davam etdirəcək.
Sportliqa.az xəbər verir ki, bu barədə Milan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, 32 yaşlı futbolçu ilə iki illik müqavilə imzalanıb. O, “İnter”ə azad agent statusunda qoşulub.
İngiltərə millisində 94 oyun keçirən Stounzun hesabında 3 qol və 4 məhsuldar ötürmə var.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az