Azərbaycan yığması Yunanıstana qalib gəlib
Avropa çempionatına hazırlığı davam etdirən qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yunanıstanda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində iki yoxlama oyununda qüvvəsini sınayıb.
Sportliqa.az xəbər verir ki, Faiq Qarayevin komandası Afinada Yunanıstan yığması ilə iki dəfə qarşılaşıb. Hər iki oyunda millimiz 3:1 hesabı ilə qələbə qazanıb.
Azərbaycan - Yunanıstan 3:1 (25:17, 25:17, 21:25, 26:24)
Azərbaycan - Yunanıstan 3:1 (25:15, 25:23, 19:25, 25:18)
Qeyd edək ki, yığmamızın Avropa çempionatına hazırlığının son mərhələsi Bakıda təşkil olunacaq.