Macarıstan çempionatında ikinci turun oyunlarına start verilib.
Sportliqa.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Anatoli Nuriyevin yenicə müqavilə imzaladığı “Kişvarda” səfərdə “Puşkaş Akademi”nin qonağı olub. Matç qonaqların qələbəsi ilə başa çatıb.
“Puşkaş Akademi” - “Kişvarda” - 0:2
Qollar: Akos Esik, 33, Kristian Herc, 61-pen.
Anatoli Nuriyev bu matçın iştirakçısı olmayıb. Onun adı görüşün protokoluna daxil edilməyib.
Bu qələbə sayəsində “Kişvarda” 4 xalla turnir cədvəlində liderliyə yüksəlib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az