Azərbaycan millisinin üzvü Rüfət Abdullazadə İsrailin “Kiryat Şimona” klubunda ilk qolunu vurub.
Sportliqa.az xəbər verir ki, iyul ayında bu kluba keçən 25 yaşlı yarımmüdafiəçi Toto kubokunun qrup mərhələsinin 3-cü turunda “İroni Tiberiyas”la görüşdə fərqlənib.
Rüfət matçın 61-ci dəqiqəsində oyunda yeganə qolu vuraraq komandasına qələbə qazandırıb. O, görüşün 84-cü dəqiqəsində əvəzlənib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az