Elvin Yunuszadə debüt etdi, komandası uduzdu
Türkiyə 1-ci liqasında 2026/27 mövsümünə start verilib.
Sportliqa.az xəbər verir ki, çempionatın açılış matçında Elvin Yunuszadənin bir neçə gün əvvəl transfer olunduğu “Boluspor” öz meydanında “Manisa”nı qəbul edib.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb.
Elvin Yunuszadə də bu matçın iştirakçısı olub. O, meydan start heyətində çıxmaqla “Boluspor”da rəsmi debüt edib. Təcrübəli müdafiəçi 58-ci dəqiqədə Ali Çırakla əvəzlənib.