Azərbaycanın basketbolçu qızlardan ibarət U-18 millisi Rumıniyanın Tulça şəhərində keçirilən Avropa çempionatı B divizionunda 17-20-ci yerlər uğrunda oyunda Norveç yığması ilə qarşılaşıb.
Sportliqa.az xəbər verir ki, milli çempionatdakı son oyununda rəqibini 77:48 hesabı ilə məğlub edib.
Görüşün ən məhsuldar basketbolçusu (MVP) 25 xal, 22 ribaundla millinin üzvü Polina Şukina seçilib.
Avropa çempionatı B divizionundakı çıxışını yekunlaşdıran U-18 qız millisi çempionatı 20 komanda arasında 17-ci sırada bitirib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az