“Neftçi” basketbol klubu Azərbaycan millisinin hücumçusu Cəbrayıl Əkbərovu transfer edib.
Sportliqa.az xəbər verir ki, 194 sm boya malik oyunçu ilə növbəti mövsümün sonunadək olan müqavilə imzalanıb.
24 yaşlı basketbolçu sonuncu dəfə “Gəncə” klubunun şərəfini qoruyub.
Əkbərov Azərbaycan millisinin heyətində beynəlxalq yarışlarda, o cümlədən AVRO-2029-un ilkin seçmə mərhələsində çıxış edib.
©2026 Sportliqa.az.Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Saytı hazırladı: Ideas.az