Millimiz Avropa çempionatı öncəsi bütün oyunlarda qalib gəlib
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində sonuncu yoxlama oyunlarını keçirib.
Sportliqa.az xəbər verir ki, Faiq Qarayevin komandası Bakıda təlim-məşq toplanışında olan Belarus yığması ilə iki dəfə qarşılaşıb.
Milli Gimnastika Arenasında baş tutan hər iki görüş voleybolçularımızın qələbəsi ilə yekunlaşıb. Yığmamız hər iki qarşılaşmada 3:1 hesabı ilə qalib gəlib.
Azərbaycan - Belarus 3:1 (25:17, 24:26, 25:17, 25:14)
Azərbaycan - Belarus 3:1 (25:14, 25:19, 24:26, 25:15)
Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatına hazırlıq çərçivəsində Yunanıstan, Latviya və Belarus yığmalarının hər biri ilə iki yoxlama oyunu keçirib və bütün görüşlərdə qələbə qazanıb.